Evsizlərə ŞAD XƏBƏR

Evsizlərə ŞAD XƏBƏR
ARB TV-nin "Günə doğru" verilişində evsizlərə güzəştli kreditlərlə evlərin verilməsi barədə süjet yayımlanıb.

Sfera.az bildirir ki, Milli Məclisdə hökumətin 2017-ci il hesabatında maraqlı təkliflər edilib. Onlardan biri millət vəkili Tahir Rzayevin yeni tikilən binalarda istifadəsiz qalan mənzillərlə bağlı fikri olub. O, səsləndirdiyi fikirlərin haradan yarandığını bildirib.

Tahir Rzayev (millət vəkili): "MTK-lar uzunmüddətli evlər tikirlər. Bu evlərin bir çoxu boş qalır. Kvadrat metro 350-500 manata başa gəlibsə, 600 manata versin. Daha üstünə çox qoymasın. Vətəndaş da yaşaya bilsin. Hökumət müəyyən normalar təyin etməlidir. MTK-lara imkan verməməlidilər ki, onların hər biri evlərin üzərinə istənilən məbləği qoysun".

İpoteka kreditləri verilir, sosial mənzillər tikilir. Bu mövcuddur. Amma bu tədbirlər evsiz insanların ev tələbatını ödəmək iqtidarında deyil. Millət vəkili hətta MTK-lar üçün müəyyən normalar tətbiq olunmalıdır.

MTK binanı tikib, bunun üçün bəlli bir maliyyə xərcləyib və bu səbəbdən ucuz qiymətə mənzil satmaq istəmir. O zaman hansı sistem ola bilər?

Vüqar Bayramlı (iqtisadçı): "İstifadəsiz binaların dövlət tərəfindən alınması sosial mənzil və ya kirayə fonduna təqdim edilməsindən ibarətdir. Bu zaman dövlət inşaat şirkəti ilə razılıq əsasında mənzilləri alır".

Tikilən lakin istifadəsiz qalan mənzillərin olması digər tərəfdən dövlətə də ziyandır. İkinci bir bir məsələ də var ki, bu MTK-ların mənzilləri istədiyi qiymətə satmasıdır. Amma millət vəkili konkret təklif verir.

Tahir Rzayev (millət vəkili): "Maya dəyərindən əlavə 100% qoya da bilər. Amma çox təəssüf ki, 2-3 dəfə çox baha deyirlər. Müəyyən gəlir götürülsə, kifayət etməlidir".

Tikilən binalar çoxdur, tikinti də davam edir. Deməli evlər daha da çoxalacaq. Bunun fonunda qiymətləri də gəlirlərlə balanlaşdıraraq etmək olar. Çünki dünyanın bir çox ölkələrindən nümunə götürmək mümkündür.(milli.az)

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...