MTN-in rəsmi saytına görə Eldar Mahmudov hələ də nazirdir - FAKT

MTN-in rəsmi saytına görə Eldar Mahmudov hələ də nazirdir -  FAKT
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi saytında (mtn.gov.az) Eldar Mahmudovun postundan kənarlaşdırılması barədə prezidentin dünənki sərəncamı hələ də yerləşdirilməyib. Bundan başqa, nazirliyin saytında Mahmudov hələ də milli təhlükəsizlik naziri kimi təqdim olunur. 
Qaynar.info-nun məlumatına görə, saytın “MTN haqqında” bölümündə dünən axşam saatlarında görəvindən kənarlaşdırılan sabiq milli təhlükəsizlik naziri barədə məlumat yenilənməyib. Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasının üstündən 24 saat keçməsinə baxmayaraq, MTN-in rəsmi saytına görə, o, hələ də nazirdir.
İstisna deyil ki, bu, məlum sərəncamın həftəsonu verilməsi ilə bağlıdır. Görünür, qeyri-iş günü olduğundan nazirliyin saytı da istirahətdədir. 

OXŞAR XƏBƏRLƏR