ABŞ-da silahlanmağa qarşı mitinqlər: Minlərlə insan küçələrə töküldü - FOTOLAR
![ABŞ-da silahlanmağa qarşı mitinqlər: Minlərlə insan küçələrə töküldü - FOTOLAR](https://sfera.az/photo/orginal/2018/03/26/386643.jpg)
19:38 / 26.03.2018
2263
Həftəsonu ABŞ-ın bir çox ştatındakı böyük şəhərlərdə silahlanmağa qarşı mitinqlər keçirilib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaçıların çoxu tələbələr olub.
Paytaxt Vaşinqton başda olmaqla, Nyu York və Şikaqoda minlərlə insan küçələrə axın edib. Aksiyaya məşhurlar da dəstək veriblər.
Mayli Sayrus, Andra Dey, Vik Mensa, Demi Lovato, Lin-Manuel Miranda, Ben Platt və Ariana Qrande Vaşinqtonda səhnəyə çıxaraq aksiyaçılara dəstək olublar.
Nyu Yorkda isə məşhur "The Beatles" qrupunun üzvlərindən Pol Makkartni aksiyada iştirak edib. O, qrupun 1980-ci ildə qətlə yetirilən solisti Con Lennonun qaldığı otelin qarşısında "Silah şiddətinə son qoya bilərik" yazılmış köynək geyinib.
Qeyd edək ki, ABŞ-da silahlı şəxslərin xüsusilə də, məktəblərə hücum etməsi halları tez-tez baş verir. Florida ştatındakı "Marjory Stoneman Douglas" litseyində 17 şagirdin öldürülməsindən sonra bu cür aksiyalar geniş vüsət alıb.
Lalə Nəsirova