Yaponiyada 6,1 bal gücündə zəlzələ oldu
23:19 / 25.03.2018
2901
Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Sfera.az bildirir ki, yeraltı təkanların episentri Hatidze şəhərindən 50 km cənub-şərqdə, ocağı 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.(Apa)