Sabiq prezidentə ölkəni tərk etmək qadağan olundu
16:39 / 25.03.2018
1983
Peru məhkəməsi martın 24-də prezident postundan istefa vermiş Pedro Pablo Kuçinskiyə yarım il ərzində ölkəni tərk etməyi qadağan edib.
Sfera.az bildirir ki, 79 yaşlı P. P. Kuçinskinin yarım il ərzində ölkəni tərk etməsinə qadağa qoyulması korrupsiya ittihamı ilə əlaqədardır.
Bununla bərabər, Peru Prokurorluğu qərarı ilə P. P. Kuçinskinin paytaxt Limadakı iki evində axtarış aparılıb.
lamentdə impiçment təhlükəsi ilə üzləşən P. P. Kuçinski parlament iclasından 3 gün əvvəl istefa verib. P. P. Kuçinski "Twitter" sosial şəbəkəsindəki səhifəsində heç nədən qorxmadığını və istintaqla əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib.
P. P. Kuçinskini prezident postunda vitse-prezident Martin Viskarra əvəzləyir.(apa)