Sabah Milli Məclisdə sürücülərin taleyi həll olunacaq - 4 min manatlıq cərimə çoxlarını "yandıracaq"

Sabah Milli Məclisdə sürücülərin taleyi həll olunacaq -  4 min manatlıq cərimə çoxlarını "yandıracaq"

Belə sürücülər 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediləcəklər

İnzibati Xətalar Məcəlləsi üçün təklif edilən yeni əlavə yaşayış məntəqələrinin daxilində sürət həddini 60 km/saatdan artıq aşan sürücülərin 4 min manata qədər cərimə edilməsini nəzərdə tutur.  Sfera.az-ın anspress-ə istinadən məlumatına görə, bu, iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə təşkil edilən sürət yarışının iştirakçılarına aid ediləcək. Belə sürücülər 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum ediləcəklər. Onlara cərimə də kəsiləcək və bu cərimə 2 min manatdan 4 min manata qədər dəyişə bilər. Pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq pul cəriməsi həbslə də əvəz edilə bilər. Belə olan tərzdə sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılır və özü bir aydan iki ayadək müddətə həbs olunur.


OXŞAR XƏBƏRLƏR