Türkmənistanda parlament seçkiləri
11:47 / 25.03.2018
2368
Türkmənistanda Məclis (parlament) seçkilərində səsvermə başlayıb.
Sfera.az xəbər verir ki, səsvermə yerli vaxtla 07:00-da başlayıb və 19:00-da yekunlaşacaq.Parlamentdə 125 yerə partiyalar və vətəndaş qrupları tərəfindən irəli sürülən 284 namizəd iddia edir.
Ölkədə üç partiya fəaliyyət göstərir: Demokratik partiya, Aqrar partiya və Sənayeçilər və sahibkarlar partiyası.
Ölkədə 3,2 milyondan artıq seçici qeydə alınıb.
Səsverməyə 2,6 min seçki məntəqəsində keçiriləcək, onlardan 39-u Türkmənistanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərir.