Ölən anasının kişi olduğunu öyrənən gənc qız dəhşətə düşdü

Ölən anasının kişi olduğunu öyrənən gənc qız dəhşətə düşdü
Ötən ilin 8 mart tarixində  'Handan' adlı bir butiki işlədən 60 yaşlı Şükran Aktaş vəfat edib.

Tibbi ekspertiza nəticəsində Aktaşın kişi olduğu ortaya çıxıb. Vəziyyət mərhumun 22 yaşlı qızına və həyat yoldaşına bildirilib. Əri "Necə olar, mənim arvadım qadın idi" deyə şok olub.

Ölən Şükran Aktaşın qızı və həyat yoldaşı ədliyyədə başqa bir həqiqəti də öyrənib. Ətrafda Handan Kaya olkaraq tanınan qadının çantasından çıxan Şükran Aktaş adlı şəxsiyyət vəsiqəsi başqa bir qadına aid olub. Araşdırma zamanı ölən qadının əsl adının Nail Ç. olduğu, saxta diplom ilə xəstəxanada tibb bacısı olaraq çalışdığı, daha sonra Türkiyənin Kumburqaz bölgəsində öz adını daşıyan bir butik açaraq yaşayışını davam etdirdiyi ortaya çıxıb.

Bu vəziyyətdən ən çox da qadının qızı Tansu təsirlənib. O, illərdir ki, anası olaraq bildiyi Handanın kişi çıxması ilə çöküb. Bu vəziyyətdə atası olaraq bildiyi şəxsin də öz doğması olmadığı bilinib. 


Müge Anlının proqramına qatılan Aysel Başar adlı qadın "28 fevral 1994-cü ildə Çorlu Dövlət Xəstəxanasında bir qız övladım dünyaya gəldi. Uşağım xəstəxanada oğurlandı. Tansu mənim qızım ola bilər" deyib. Bundan sonra araşdırma başladılıb. Canlı yayıma zəng vuran hadisə şahidlərinin verdiyi məlumatlar olduqca təəccüblü olub. Fatma Çelik adlı bir qadın verilişə zəng vuraraq "Mən Aysel xanım ilə eyni gündə doğuş etdim və onunla eyni otaqda qaldıq. Tibb bacısı kimi otağımıza girən qadın iri cüssəli, qara libaslı idi. Qoşa üzüyü və qızıl rəngli saatı var idi. Öncə mənim oğlumu dərman vermək bəhanəsi ilə almaq istədi amma anam "mən də gəlirəm" deyəndə uşağı aparmadı. Sonra Aysel xanımın uşağını alıb getdi". Araşdırma nəticəsində Handanın həqiqətən qoşa üzük taxdığı və qızıl saatının olduğu ortaya çıxıb.

 

Tansu isə Aysel Başar adlı qadının dediklərinin həqiqət olmasının ortaya çıxmasının ardınca DNA testini qəbul edib.
GoldNews.Az

OXŞAR XƏBƏRLƏR