Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alan var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alan var
Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
 
Sfera.az bildirir ki, hadisə şəhərin Qaraçılar küçəsində baş verib.
 
Hərəkətdə olan "VAZ2107” markalı avtomobilin "Chevrolet”-ə çırpılması nəticəsində "VAZ”-da olan bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

OXŞAR XƏBƏRLƏR