ABŞ İrana sanksiya tətbiq edəcək
19:37 / 24.03.2018
2322
İran hökuməti üçün hakerlik fəaliyyəti göstərən Mabna İnstitutu 320 şirkətin materiallarını ələ keçirib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın tədqiqatlarla məşğul olan elmi araşdırmalar mərkəzlərinə lazım olan materiallar Mabna tərəfindən ələ keçirilərək ötürülür. İnstitut 144-ü ABŞ-dakı universitetlər olmaqla, (Türkiyə, İngiltərə, Almaniya, Kanada, İsrail və Yaponiyanın da olduğu) 21 ölkədəki 176 universitetdən məlumatları ələ keçirməkdə günahlandırılır.
Artıq 100 min professorun e-poçt hesabının hədəf alındığı və bunların 8 mininin ələ keçirildiyi söylənilir.
Baş verənlərlə əlaqədar olaraq ABŞ İrana sanksiya tətbiq etməyi planlaşdırır.
Nigar
Sfera.az