Sosial şəbəkələrdə barmağı boyalı kişilərin özəl bir məqsədi var - FOTOLAR
Cəmiyyət
08:37 / 20.10.2015
1271
Son günlərdə sosial mediada #PolishedMan etiketli maraqlı bir kampaniya ilə qarşı-qarşıya gəlmiş ola bilərsiniz. Bu sosial layihəyə dair detallar aşağıdadır.
Bu günlərdə kişilərin bir barmağı boyalı fotoşəkillərini #PolishedMan etiketiylə paylaşdıqlarını görə bilərsiniz.
Bu fotoşəkillər Avstraliyalı Elliot Costello tərəfindən başladılan bir kampaniyanın əsəridir.
Hekayə, Elliot’un Thea adlı balaca bir qız uşağı ilə tanışlığından başlayır. Bu qız, birlikdə oyun oynayaraq əyləncəli gün keçirdiyi Elliot’un dırnaqlarını boyayır. Bir sonrakı gün Elliot, Thea’nın hekayəsini öyrənir: Uşaq evində yaşadığı müddət ərzində Thea hər gün təcavüzə məruz qalmışdır.
Vəziyyətdən təsirlənən Elliot bir kampaniya başladaraq dəstək verəcək insanlardan bir barmaqlarını boyamalarını istəyir.
Bu kampaniya ilə Elliot dünyanın bunun fərqinə varmasını istəyir: Hər beş uşaqdan biri 18 yaşına çatana qədər fiziki və cinsi istismara məruz qalır! Kampaniyanın iştirakçılarından biri, digər məqsədlərinin istismara uğrayan uşaqlar üçün pul yığmaq olduğunu ifadə edir.
Ümid edirik ki, kampaniyaları dünya səviyyəsində bir hərəkat halına gələr …
… Və insanlar uşaq istismarının nə qədər dəhşətli bir problem olduğunu dərk edərlər!… bildirchin.az
Sfera.az