Əlinizi gündə 6 dəfədən çox yuyursunuzsa... - DİQQƏT

Əlinizi gündə 6 dəfədən çox yuyursunuzsa... - DİQQƏT
Mütəxəssislər əllərini gündə 6 dəfədən çox yuyanların ekzamaya yaxalanmaq risklərinin 3 dəfə artdığını bildirirlər. Ekzema ən təhlükəli dəri xəstəliklərindən biridir.

Əllər mütəmadi olaraq ətraf mühitin təsirinə məruz qaldığı üçün ekzama daha çox bu orqanda yaranır. Qab, paltar yuyarkən və ya ev təmizləyərkən əlləri kimyəvi maddələrdən müdafiə etmək üçün mütləq içərisi pambıqlı əlcək geyinmək lazımdır. Tamamilə rezindən hazırlanan əlcəklər də təhlükə mənbəyidir.  
Su və sabun əl dərisinin nəm balansını pozduğu üçün ekzema təhlükəsini artırır.
 
Dəridə quruma, çatlama, soyulma kimi halların baş verməməsi üçün əlləri yalnız yemək yedikdən və tualetdən sonra yumaq tövsiyə edilir. Əl gün ərzində 6 dəfədən çox yuyulmamalıdır. Üstəlik əlləri yuduqdan sonra dərini qidalandırıcı və nəmləndirici, keyfiyyətli əl kremi çəkmək lazımdır.

Eqzamadan müdafiə üçün aşağıdakı tədbirləri görün:

*Hamamda çox qalmayın. 30 dəqiqə çimmək təmizlənmək üçün kifayətdir. 
*Çimərkən və əl-üzü yuyarkən həddən artıq isti sudan istifadə etməyin.
* Hamam lifini dəriyə bərk sürtməyin və bədənin eyni bölgəsini 2 dəfədən artıq sabunlamayın. 
* Hər gün bədən və əl üçün nəmləndirici kremlərdən istifadə edin. 
*Əgər quru dəriyə sahibsinizsə, bədən üçün nəzərdə tutulan yağlardan istifadə edin. 
*Əllərinizi gündə 6 dəfədən çox yumayın.
*Otağın rütubətlilik nisbətinə nəzər yetirin. Hava daim nəmli olsun.
 
Lalə Nəsirova
Sfera.az

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...