Lənkəranda DƏHŞƏT — Çörək yapmaq istəyən qadın təndirdə diri-diri yandı
18:49 / 23.03.2018
2571
Lənkəranda 50 yaşlı qadın təndirə düşərək yanıb.
Sfera.az-ın "Report"a istinadən verdiyi xəbərə görə hadisə Lənkəran rayonunun Aşağı Təngivan kəndində baş verib. Çörək bişirmək üçün təndir qalayan 50 yaşlı kənd sakini, Əliyeva Böyükxanım Talıb qızının yanmış meyidi təndirin içərisində aşkar edilib.
Hazırda polis və prokurorluğun nümayəndələri hadisə yerindədir.