Əhalinin nominal gəlirləri 30 milyard manatı ötüb
Cəmiyyət
12:04 / 19.10.2015
1431
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 5,8 faiz artaraq 30,1 milyard manata çatıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gəlirlərin 75,6 faizi istehlaka, 9,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,1 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,9 faizi isə kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib.
Orxan