Bakıda bir ay əvvəl törədilmiş qətlin üstü açıldı
17:41 / 22.03.2018
1609
Bakıda bir ay əvvəl törədilən qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, fevral ayının 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini, 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında xəsarəti yıxılması nəticəsində aldığını bildirib.
Martın 21-də T. Həmzəyev xəstəxanada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə T.Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Ramazanov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.