PKK-nın ən təhlükəli terrorçusu öldürüldü - AFRİNDƏ

PKK-nın ən təhlükəli terrorçusu öldürüldü - AFRİNDƏ
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrində PKK terror təşkilatının ən təhlükəli terrorçularından biri Songül Coşqunu məhv edib.
 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.
 

Bildirilir ki, S.Coşqun İraqın şimalında Türkiyə SQ-a qarşı aktiv döyüşlərdə iştirak edib. Bu təhlükəli terrorçu ilə birlikdə daha bir neçə terrorçu məhv edilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
 

OXŞAR XƏBƏRLƏR