Avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət aldı

Avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət aldı
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sfera.az bildirir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Şəhərin Cavanşir küçəsinin sakini olan ikinci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi idarə etdiyi "99-HK-143" dövlət nömrə nişanlı "NAZ Lifan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.

tomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...