Türkiyənin gündəmindəki dələduz: Meymet Aydın görün özünə nələr alıbmış - FOTOLAR
18:18 / 21.03.2018
2811
Qurduğu misli görünməmiş dələduzluq sxemi sayəsində on minlərlə insandan 511 milyon lirə pul toplayaraq Uruqvaya qaçan Mehmet Aydın Türkiyə gündəmindən düşmək bilmir.
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, araşdırmalar nəticəsində Mehmet Aydının dələduzluqla ələ keçirdiyi pulu haralara xərclədiyi məlum olub.
Belə ki, onun 640 min dollara "Ferrari" aldığı üzə çıxıb. O, həmçinin Marina de Santa Lusiada lüks bir villa və yaxta alıbmış. Yaxtanı 9 min dollara kirayə verən Mehmet Aydın tanışlarına bütün bunların ona atasından hədiyyə olduğunu deyirmiş.
Qeyd edək ki, Mehmet Aydın keçmişdə restoranda qabyuyan və arıçılıq təsərrüfatında fəhlə işləyib. O, "Çiftlik bank" adlı onlayn oyun sayəsində minlərlə insanın pulunu mənimsəyib.
Lalə Nəsirova