"Azərbaycan bütün komandalara qarşı vuruşdu"

"Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə matçlara köklənmişik. Çox sevinirəm ki, futbolçuların çoxunun zədəsi yoxdur və yoldaşlıq görüşünə hazırlaşırlar".
 

Bu sözləri Belarus millisinin futbolçusu Sergey Politeviç millimizlə yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, yığmamızın DÇ-2018-in seçmə mərhələsində yaxşı çıxış etdiyini vurğulayıb:
 
"Rəqiblərin heç birinin matçlarını izləməmişəm. Amma onu bilirəm ki, Azərbaycan ötən il dünya çempionatının seçmə mərhələsində yaxşı xal yığdı, bütün komandalara qarşı vuruşdu".
 

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-ü saat 20:00-da başlayacaq.
 
qol.az
 

OXŞAR XƏBƏRLƏR