Türkiyədə terror: Ölənlər var

Türkiyədə terror: Ölənlər var

Türkiyənin Diyarbəkir və Bitlis bölgələrində PKK terrorçuları tərəfindən həyata keçirilən silahlı hücumlar nəticəsində üç nəfər həlak olub.


Sfera.az bildirir ki, Diyarbəkirin Hani rayonunda PKK yaraqlıları Topçular polis məntəqəsi istiqamətində hərəkət edən avtomobilə atəş açıb.

Hücum nəticəsində hərbçi Sergen Çakmak və könüllü asayış keşikçisi Yasettin Öpçin həlak olub.

Bitlisin Kayalıbağ rayonunda isə PKK terrorçuları odun toplayan sakinləri atəşə tutub. Nəticədə yerli sakinlərdən biri həlak olub, dörd nəfər yaralanıb./oxu.az


OXŞAR XƏBƏRLƏR