Əfqanıstanda stadion ətrafında partlayış

Əfqanıstanda stadion ətrafında partlayış
Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub.
 

Sfera.az-ın məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb. Onların arasında 5 uşaq da var. Yaralılar xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, hadisəyə motosikletə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi səbəb olub.Partlayış bir müddət əvvəl Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətiyarın tərəfdarları qarşısında çıxış etdiyi stadionun yaxınlığında baş verib.
 
 

İnsidentə görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
 

OXŞAR XƏBƏRLƏR