Ameikada şok hadisə - Qışqırıqlar gələn məzari açdılar və gördükləri...
Cəmiyyət
10:02 / 21.10.2015
1557
Latın Amerika ölkələrindən Honduras qərbindəki La Entrada qəsəbəsində bir gün əvvəl 3 aylıq hamilə olan Neyse Perez adlı 16 yaşındakı bir gənc qız gecə yarısı evin xaricindəki tualetə gedərkən bilinməyən bir səbəblə həyatını itirdikdən sonra La Entrada Ümumi qəbiristanlığında tabutuyla birlikdə beton bir məzara basdırılıb.Ertəsi gün yoldaşının məzarını ziyarətə gələn həyat yoldaşı Rudy Gonzales məzardan bağırtılar və kömək qışqırıqları eşidincə qohumlarının yanına qaçıb.Neyse Peresin qohumları beton məzarı açaraq, tabutu çölə çıxarıblar.Bu vaxt tabutun qapağındakı şüşə bölmənin qırıq olduğu və Peresin əllərində kəsiklər olduğu aşkar olunub.Qohumları gənc qadını içində olduğu tabutla birlikdə dərhal San Pedro Sula xəstəxanasına aparılıb. Ancaq həkimlər gənc qadında heç bir həyat əlaməti olmadığını bildirərək cəsədin yenidən torpağa verilməsi üçün geri göndəriblər.Həkimlər Perezin ürəyinin gecə yarısı dayandığı kimi göründüyünü çaxnaşma səbəbiylə dayanmış ola biləcəyini və bu səbəblə səhvən ölü diaqnozu qoyulmuş ola biləcəyini deyib.İkinci bir versiya isə, gənc qadının katapleksi deyilən yəni birdən-birə ümumi bir əzələ iflici keçirmiş olmasının və bu sırada ölü sanılmasının mümkün olduğunu söyləyir.