NATO komandanından Rusiya XƏBƏRDARLIĞI

NATO komandanından Rusiya XƏBƏRDARLIĞI
NATO və ABŞ-ın Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti hesab edir ki, NATO yerüstü qüvvələrin konsentrasiyası baxımından Şərqi Avropada zəifdir.


Bununla belə general Skaparotti Amerikanın hərbi sahə üzrə ixtisaslaşmış "RAND Corporation” analitik şirkətinin son məruzəsi ilə razı olmadığını vurğulayıb.


Qeyd edək ki, "RAND” Rusiyanın hücumu nəticəsində NATO-nun dağıdılacağı proqnozunu səsləndirib.


"Mən bununla razı deyiləm. NATO 29 ölkənin birgə gücünə malikdir. Ehtiyac olduğu halda müdafiə imkanları gücləndirilir. NATO çərçivəsində edilən səylər və ABŞ-ın siyasəti zəruri hallarda müdafiə imkanlarının artırılmasına yönəlib” – Skaparotti Senatın Silahlı Qüvvələr Komitəsinin üzvlərinə müraciətində belə bildirib.


O, Rusiyanı nəzərdə tutaraq qeyd edib ki, Moskva münaqişələri aşağı səviyyədə saxlamaq strategiyasını yürüdür. Məqsədləri isə budur ki, rəqibləri zəiflətsinlər.


"Və mən növbəti bəyanat vermək istəyirəm. Fikrimcə, onlar üstünlüyə malikdirlər – hətta adi silahlandırmalar sahəsində də. Bu, regiona coğrafi yaxınlıqla da əlaqəlidir. Lakin NATO uzunmüddətli perspektivdə böyük üstünlüyə malikdirlər və opponentlərimiz bundan çəkinir”.


NATO komandanı bildirib ki, ABŞ silahlı qüvvələri modernləşdirməni davam etdirməlidir, əks təqdirdə isə 2025-ci ilə qədər Rusiya tərəfindən böyük bir təhlükə ilə üzləşə bilər.
 
unikal.org
 

OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...