Tramp indi də onu işdən qovur

Tramp indi də onu işdən qovur
ABŞ prezidenti Donald Trampın "təmizləmə əməliyyatı"na davam edəcəyi deyilir.
 
Sfera.az bildirir ki, ABŞ-ın dövlət katibi Reks Tillersonu vəzifəsindən uzaqlaşdıran Trampın növbəti həmləsinin Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri, general Herbert McMasteri qovmaq olacağı deyilir. 
 
Bu barədə "Washington Post" qəzeti Ağ Evdəki etibarlı mənbələrə istinadən yazıb.
 
Deyilənə görə, Tramp McMasterin yerinə kimi gətirəcəyinə hələ qərar verməyib. O, generalı əvəzləyəcək adamı tapan kimi bu qərarını ictimaiyyətlə bölüşəcək.
 
Lalə Nəsirova 
 
 



OXŞAR XƏBƏRLƏR