Mançini İtaliya millisinin baş məşqçisi olmağı xəyal edir
İdman
17:15 / 17.03.2018
2516
"Zenit”in italiyalı baş məşqçisi Roberto Mançini vətənindən ötrü darıxır.
Sfera.az xəbər verir ki, mütəxəssis bunu "Football Italia” nəşrinin jurnalisti ilə söhbətində etiraf edib:
"Sərhəddi keçəndə, xaricdə həmişə vətən üçün darıxırsan. Hərdən gözümün önündə 70-80-ci illərdəki İtaliya millisinin oyunları və həmin möhtəşəm ab-hava canlanır. Həyatda səni nəyin gözləyəcəıyini əvvəlcədən bilmək olmur. Bir gün milli mənə tapşırılsa, bu möhtəşəm bir şey olacaq. Hələlik isə "Zenit”lə qələbələr qazanmalıyam”
İlqar