“Almaniya, Fransa bizdən daha kasıbdırmı?” - Ərdoğan

“Almaniya, Fransa bizdən daha kasıbdırmı?” - Ərdoğan

“Bəsər Əsəd İran və Rusiya ilə sivil vətəndaşları öldürür. Terrorla mübarizə aparmaqda ən vacib olanı ayrı-seçkilik edilmədən mübarizə aparmaqdır”.

Sfera.az anspress-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O bildirb ki, Türkiyə PKK, PYD, DAEŞ (İŞİD), DHKP-C terrorçuları ilə eyni şəkildə mübarizə aparır və eyni yanaşmanı başqa ölkələrdən də gözləyir. "Terror yaxşıdır, yoxsa pisdir. İslamın adını terrorla yanaşı heç kim hallandıra bilməz. DAEŞ-in yaxından uzaqdan İslamla heç bir əlaqəsi yoxdur. İslama zərər verir və islam düşməni olan bir qruplaşmadır. Biz bütün terrorçu qruplaşmalarla eyni səviyyədə mübarizə aparırıq. Amerika isə PKK-nı terror təşkilatı elan edir, amma PKK ilə iş birliyi edən PYD terrorçularına kömək edir", - deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan Suriya qaçqınları ilə bağlı ABŞ və Rusiya prezidentləri ilə təkbətək fikir mübadiləsi apardığını da bildirib. Dünən qaçqınlarla bağlı böhranı uzaqdan seyr edənlərin indi bu vəziyyəti yaşadığını deyən prezident bildirib ki, Obama və Putinlə G20 sammitində müzakirələr aparıb.
"Gəlin Suriyanın şimalında bir qaçqın şəhəri yaradaq. Biz yaşayış məskənləri inşa etmək istəyirik. Bunun üçün iki faktor çox önəmlidir. Birincisi terrordan mühafizə edildiyi bölgə, ikincisi uçuşların qadağa olunduğu bölgə elan olunmalıdır. Bu insanlar qorxu içindədir. 420 milyon dollar bizə yardım etdilər, amma biz 9 milyard dollar xərclədik. Biz qaçqınların üzünə qapımızı bağlaya bilməzdik", - deyə Ərdoğan vurğulayıb.

Sərhədləri qaçqınların üzünə bağlayan ölkələri başa düşə bilmədiyini deyən Türkiyə prezidenti Avropa ölkələrinə səslənib: "Almaniya, Fransa bizdən daha kasıbdırmı? Onlar qaçqınlara qapılarını bağladı. İnsanların canları bahasına çıxdıqları yol vəziyyəti göstərir. Sərhədlərini həyatını xilas etmək üçün gələn insanlara bağlayanları anlamırıq. Göydən yağdırılan bombalardan qaçan insanlara biz könlümüzü, ürəyimizi açdıq. 2015-ci ildə dənizlərdə boğulmaqdan xilas edilib ölkəmizə gətirdiyimiz qaçqınları sayı 90.000-dir".


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə traktor minaya düşdü: yaralanan var

Kəlbəcərdə traktor minaya düşüb, xəsarət alan var.   Sfera.az xəbər verir ki, rayonun Susuzluq kənd ərazisində traktorun minaya düşməsi nəticəsində 1...

Aysunun keçmiş əri 16 yaşlı qızla evləndi - VİDEO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Ramil Vəliyev yenidən ailə qurub.   Sfera.az xəbər verir ki, ifaçının eks-ərinin toyu baş tutub...

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti iyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəra...

6 abituriyent, 1 nəzarətçi imtahandan qovuldu

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğraf...

Abşeron yarımadasında xəzri küləyi sabah güclənəcək

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq.     Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məl...

Özünün də xərçəngdən əziyyət çəkdiyini dedi

Keçmiş model, sosial şəbəkədə bahalı həyat tərzi ilə məşhurlaşan Diana Əhədpur bir neçə gün əvvəl xərçəngdən vəfat edən türkiyəli müğənni Şimal Gülənlə bağlı pa...