Ermənilər arxa cəbhədə daha çox itki verir
11:37 / 17.03.2018
1611
15 mart, saat 17:30 radələrində Qondarma Dağlıq Qarabağ Respublikası ordusunun əskəri yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, erməni əskərlərinin ön cəbhədən kənarda ölüm hallarının artması ictimaiyyəti narahat edir.
Ermənistanın "1in” nəşri yazır ki, ölən əskər, 11999-cu il doğumlu Edqar Gevorkoviç Yeremyanın ölümünə yəqin ki, rəsmi açıqlama veriləcək, cinayət işi isə artıq açılıb. Hətta kimsə cəzalanacaq:
"Ancaq heç kim araşdırmayacaq ki, niyə yeni gəlmiş, təcrübəsiz əskərə sükan etibar edilib. Niyə bizim ordumuz ön cəbhədə düşmən ordusunun gülləsindən daha çox arxa cəbhədə ölür? Ordu da nizam-intizam yox, özbaşınalıq hökm sürür. Parlament sisteminə keçməyimiz də heç nəyi dəyişməyəcək. Siyasi rəhbərlik orduda baş verənlərdən cəmiyyətin xəbər tutmasını qətiyyən istəmir. Ermənistanda müdafiə nazirliyi yazılmamış qanunlarla işləyir, faktiki supernazirlik hesab edilir. Heç kimə də hesabat vermir".
İlqar