Baş Qərargah Afrində xəstəxanaya aviazərbə endirilməsini təkzib etdi

Baş Qərargah Afrində xəstəxanaya aviazərbə endirilməsini təkzib etdi
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriyanın şimalındaki Afrin bölgəsində xəstəxanaya aviazərbələrin endirilməsinə dair xəbərləri təkzib edib.
 

Sfera.az-ın məlumatına görə, bu barədə Baş Qərargahın yaydığı bəyanatda deyilir.Açıqlamada, "Zeytun Budağı” əməliyyatının mülki şəxslərə zərər verilmiyəcək şəkildə həyata keçirildiyi vurğulanıb.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb.
 
 
 
"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
 

OXŞAR XƏBƏRLƏR