Suriya hesabatı: Həm kişilər, həm də qadınlar zorlanıb

Suriya hesabatı: Həm kişilər, həm də qadınlar zorlanıb
Suriya ordusun hərbçiləri qadınları, kişiləri və uşaqları təcavüzə uğradıb.

Sfera.az "Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu üstəqil ekspertlər BMT-yə təqdim etdikləri hesabatda göstəriblər.

29 səhifəlik hesabatda 7 il ərzində bu ölkədə insanlıq əleyhinə törədilmiş cinayətlər haqda danışılır.

Hesabat zorakılıq qurbanları və onların qohumlarından alınmış 454 müsahibə əsasında hazırlanıb.

Sənəddə deyilir ki, Suriya hərbçiləri axtarışlar zamanı, nəzarət-buraxılış məntəqələrində, həmçinin həbsxanalarda kişi və qadınları zorlayıblar.
Qurbanlardan ən kiçiyi 9 yaşlı qız uşağıdır.

Cinayəti törədənlərin adı açıqlanmayıb. Onların arasında yüksək çinli zabitlər də var.

Zorlamalar Dəməşqdə, Homsda və digər şəhərlərdə, hərbi həbsxanalarda baş verib və cəmiyyətdə qorxu yaratmaq, yaxud informasiya almaq məqsədilə edilib.
Hökumətə müxalif qüvvələr də eyni əməlləri törədiblər. Onların da zorakılıq və işgəncə vermək faktları var.

İŞİD terror qruplaşması isə orta əsrlərdəki cəza metodlarından istifadə edərək insanlığa qarşı cinayətlər törədiblər. Onların arasında azyaşlıların ərə verilməsi, cinsi azlıqların edamı da var.
 
İlqar

OXŞAR XƏBƏRLƏR