Ərəb şeyxlərin azərbaycanlı oliqarxla əlaqəsi
Dünya mətbuatı Qətər şeyxi Xalid bin Hamad əl Tani ilə azərbaycanlı oliqarxın əlaqələrindən yazır.
ANS PRESS-in məlumatına görə, bu haqda xüsusilə Amerika kütləvi informasiya vasitələrində müxtəlif xəbərlər yayımlanır. Belə bir iddiaya səbəb isə Qətər şeyxi olan qardaşların Amerikada olarkən qaldıqları villa sahibinin əslən azərbaycanlı olması olub.
"Youtube" video portalına yerləşdirilən görüntülərdə sarı LaFerrari qəfildən sürət yığaraq Beverli Hillz küçələrində şütüyür. Bu zaman sürücü təkcə yol işarələrini deyil, digər avtomobilləri də nəzərə almır. Maşın qaraja qayıdanda onun tüstüləndiyini aydın görmək mümkündür.
ABŞ, Beverli Hillz
"The Daily Beast" bu zaman videoda Xalid bin Hamad əl Tani ilə birlikdə görünən ağ superkarın sahibinin onun qardaşı olduğunu bildirib.
ABŞ hüquq-mühafizə orqanları Beverli Hillz küçələrində şütüyən iki - sarı və ağ LaFerrari-nin yaratdığı təhlükəli vəziyyətdən sonra araşdırma aparmağa, həmin avtomobilləri idarə edən ərəb şahzadələrini sorğu-sual etməyə cəhd ediblər.
Lakin onların diplomatik toxunulmazlığına görə bu, polis buna nail ola bilməyib.
Şeyx öz qardaşı ilə birlikdə "Walden Drive" villasına gedib. Ümumi dəyəri 10 milyon dollar olan həmin villanı qardaşlar 55 min dollara icarəyə götürüblər.
Araşdırma aparılan zaman məlum olub ki, həmin malikanə Azərbaycan əsilli oliqarx Mənuçöhr Əhədpur Xangaha məxsusdur.
Manuçehr Əhədpur Xangah (sağda) - "AzFP CO LTD" MMC-nin sədri
Oktyabrın 12-də internetdə paylaşılan video qısa vaxt ərzində 2 milyondan çox insan tərəfindən izlənilib.