121 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib

121 ölkə ilə ticarət əməliyyatları həyata keçirilib
2018-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1543,0 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil etmiş, nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar  ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artmış, real ifadədə isə 1,9 faiz azalıb.

Sfera.az bildirir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,0 faizini İtaliyaya, 13,1 faizini İsrailə, 8,0 faizini Avstriyaya, 7,9 faizini Çexiyaya, 6,7 faizini ABŞ-a, 6,5 faizini Kanadaya, 6,4 faizini İndoneziyaya, 4,5 faizini Almaniyaya, 3,8 faizini Gürcüstana,  3,7 faizini Rusiyaya, 3,6 faizini Yunanıstana, 3,4 faizini Türkiyəyə, 1,7 faizini İsveçrəyə, qalan  3,7  faizini  isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 12,9 faizi Türkiyə, 9,5 faizi Çin, 8,1 faizi Belarus, 7,3 faizi Almaniya, 4,1 faizi Ukrayna, 3,9 faizi ABŞ, 3,3 faizi İran, 2,9 faizi Türkmənistan, 2,6 faizi İtaliya, 2,4 faizi Koreya, hər biri 2,3 faiz olmaqla İsveçrə və Birləşmiş Krallıq, 2,2 faizi Qazaxıstan, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar ayında 122,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 36,1 faiz, real ifadədə isə 34,7 faiz çoxdur.

2018-ci ilin yanvar ayında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 59,0 faiz, təzə tərəvəz – 25,9 faiz,  tütün – 8,4 faiz, meyvə və tərəvəz şirələri – 33,4 faiz, meyvə və tərəvəz konservləri – 5,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 87,4 faiz, polietilen – 30,4 faiz, pambıq ipliyi – 52,7 faiz  artmış, şəkər ixracı isə 61,5 faiz, bitki yağları – 58,2 faiz, çay – 29,5 faiz, pambıq lifi – 3,4 faiz, emal olunmamış alüminium – 25,1 faiz, qara metallardan borular – 8,0 faiz,  bentonit gili – 30,2 faiz  azalıb.


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kamçatkada güclü zəlzələ baş verdi

Kamçatkada Avaça körfəzi sularında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vah...

Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…

Azərbaycanda iyul ayının birinci yarısında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Milli Hidrome...

Oğlunun ifası Xalq artistini kövrəltdi - VİDEO

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli və Abbas Əliyevlə birlikdə qatılıb.   Sfera.az xəbər verir ki, proqram ...

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...