Əli Məsimli: "Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"

Əli Məsimli:
"Ötən il Azərbaycanda iqtisadiyyatın daralması halı azalıb, 0,1 faizlik də olsa artım qeydə alınıb. Bu, çox sevindirici haldır".
 
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Ə.Məsimli ötən il manatın nisbi sabitliyi bərpa edilməsinin də uğurlu hal olduğunu bildirib:

"İki illik fasilədən sonra tədiyyə balansında da artım qeydə alındı. Lakin bununla yanaşı iqtisadiyyatda bəzi mənfi meyllər də qalmaqdadır. Bu əsasən bank sahəsində problemlər qalmaqdadır. Hesab edirəm ki, bank sisteminin sağlamlaşdırılması 2018-ci ildə həyata keçirilsin. Bankların yüksək faizlə qazanmasının perspektivi olmadığına görə bu yoldan daha perspektivli sahələrin maliyyələşdirilməsinə keçilsin. Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Bununla bağlı təklifləri müvafiq qurumlara göndərmişik. Təkliflərdə ağırlığın bir neçə qrup arasında bölüşdürülməsi qeyd edilib. Bu il sosial proseslərin tənzimlənməsi üçün 6 faizdən yuxarı inflyasiyaya imkan verməmək üçün aidiyyatı qurumlar addım atmalıdır. Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir”.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...