Olimpiada ləğv edilir?
Dünya
10:57 / 02.02.2016
2844
Braziliya hakimiyyəti "Zika" virusu səbəbindən Yay Olimpiya Oyunlarını ləğv etmək niyyətində deyil. İdmançılarda virusa yoluxma riski sıfra bərabərdir, infeksiya yalnız hamilə qadınlar üçün təhlükəlidir.
Report "Reuters"ə istinadən xəbər verir ki, bunu Braziliyanın Prezident Administrasiyasının rəhbəri Jak Vaqner bildirib. Rio-de-Janeyro Olimpiadası 5-21 avqust tarixlərində keçiriləcək. Ümumdünya Səhiyyə Təşkilatı "Zika" virusunu dünya üzrə təhlükəli xəstəlik elan edib.