Çempionlar Liqası 1/4 finalda - Kim-kimə rəqib olacaq?

Çempionlar Liqası 1/4 finalda - Kim-kimə rəqib olacaq?
Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq. 

Sfera.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyacaq. "Kor püşk” atılacaq və bu, o deməkdir ki, istənilən komanda digərinə rəqib ola bilər.

"Barselona” (İspaniya)
"Real” (İspaniya)
"Sevilya” (İspaniya)
 "Bavariya” (Almaniya)
"Yuventus” (İtaliya)
"Roma” (İtaliya)
"Liverpul” (İngiltərə)
"Mançester Siti” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək. 

OXŞAR XƏBƏRLƏR