Rusiyada 5 yaşlı qızını öldürən azərbaycanlı həbs edildi - VİDEO

Rusiyada 5 yaşlı qızını öldürən azərbaycanlı həbs edildi - VİDEO
Rusiyanın kurort şəhəri olan Soçidə azyaşlı qız uşağının öldürülməsi ilə bağlı istintaq davam edir.

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətin törədilməsində qızın atalığı, 28 yaşlı azərbaycanlı Murad Mirzə oğlu Şahmirzəyev şübhəli bilinir.
5 yaşlı Veronika Treşkina 13 martda itib. Soçinin Adler rayonunun, Bestujev kəndində axşamüstü evdən çıxan qızcığac bir də evinə qayıtmayıb.

Axşam 18.00-dan 22.00-dək qohumları müstəqil şəkildə onu axtarıblar. Sonra polisə müraciət ediblər.

Axarışlarda polislərlə yanaşı xilasedicilər və kənd sakinləri də iştirak edib. Ümumilikdə 1000-dən çox adam ətraf meşələri, su hövzələrini axtarıb.
Hadisə zamanı qızın anası xəstəxanada olub. O 4-cü uşağını dünyaya gətirirmiş.

Uşağın atalığı Murad Şahmirzəyev isə deyib ki, hadisə olan zaman evdə 2 uşağa baxırmış. Sonra evdən çıxıb bankomatdan pul çıxarmağa gedib. Geri qayıdanda artıq Veronikanı evdə tapmayıb.

Axtarışlarda Murad da iştirak edib. Ancaq onun səy göstərməməsi çoxlarında şübhə yaradıb. Tezliklə Murad yoxa çıxıb.
Telefon zənglərinə də cavab verməyib.

Az müddət sonra o Abxaziya ilə sərhəddə həbs edilib. İstintaqda Murad Şahmirzəyev qızlığını qətlə yetirdiyini etiraf edib və meşədə basdırdığını deyib.
 
İlqar
 


OXŞAR XƏBƏRLƏR