"Barselona" və "Bavariya" 1/4 finala çıxdı

İdman
08:55 / 15.03.2018
3361
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Sfera.az-ın məlumatına görə, ilk görüşdə "Beşiktaş" "Bavariya"nı qəbul edib.
Bu oyun daha çox formal xarakter daşıyırdı. Çünki İstanbul klubunun ilk matçda qeydə alınan 0:5 hesablı yenilginin əvəzinin çıxması inandırıcı görünmürdü. Oyun Münhen klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Bavariya" 1/4 finala yüksəlib.
Digər görüşdə "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tutan "Çelsi" səfərdə "Barselona"nın qonağı olub. Londondakı ilk görüşdə tərəflər hərəyə bir dəfə fərqlənmişdilər. Cavab matçında rəqibini 3:0 hesabı ilə məğlub edən "Barselona" növbəti mərhələyə yüksələn sonuncu komanda olub.
14 mart
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
21:00. "Beşiktaş” (Türkiyə) – "Bavariya” (Almaniya) - 1:3
İlk oyun – 0:5
23:45. "Barselona” (İspaniya) – "Çelsi” (İngiltərə) - 3:0
Qollar: Lionel Messi, 3, 63, Usman Dembele, 20
13 mart
"Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) 1:0
İlk oyun - 1:2
"Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) 1:2