"Namusunu özün təmizlə!" deyən ər - Sevgiliyə vurulan 6 bıçaq zərbəsi

Kiprdə günün günorta çağı dəhşətli qətl hadisəsi baş verib. 

Sfera.az  "Hürriyet"ə istinadən bildirir ki, Mehmet Doğu adlı şəxs həyat yoldaşı 34 yaşlı Məryəm Doğunu ev sahibi 53 yaşlı Memduh Ulugünlə yaxalayıb. 

Bundan sonra qadının həyat yoldaşı ilə sevgilisi arasında əlbəyaxa döyüş başlayıb. Ev sahibi qaçıb canını qurtarmaq istəsə də, özündən çıxan ər onu küçədə yaxalayıb və həyat yoldaşına "Namus sənin namusundur, özün təmizlə", deyə qışqırıb. İsterika keçirən Məryəm Doğu bıçağı alıb və sevgilisinə 6 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Dəhşətli qətlə şahid olanlar cütlüyü linç etməyə çalışıblar. Hadisə yerinə gələn polis ərlə arvadı camaatın əlindən almaq üçün havaya atəş açmalı olub. Hər iki şəxs qandallanaraq polis bölməsinə aparılıb. 

Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR