Rusiyadan sərt İTTİHAMLAR: Bu provakasiyadır

Rusiyadan sərt İTTİHAMLAR: Bu provakasiyadır
Rusiya 23 rus diplomatın Böyük Britaniyadan çıxarılmasını düzgün hesab etmir.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. Nazirlik Böyük Britaniyanın bu addımını provakasiya kimi qiymətləndirib:

"Böyük Britaniya Rusiyaya qarşı kampaniya yaratmaq istəyir. Onlar dəlillər olmadan ittham edirlər". 

Xatırladaq ki, Böyük Britaniya hökuməti martın 4-də Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumla bağlı Rusiyanı günahlandırır.  sərt reaksiya verib. 
 
Bu gün baş nazir Tereza Mey parlamentdə çıxışında Rusiyaya qarşı cavab addımlarını açıqlayıb. O, Rusiyanın Britaniyadakı 23 diplomatının ölkədən çıxarılması barədə qərar qəbul edildiyini açıqlayıb. 
 
Tereza Mey həmçinin, Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib. 
 
Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR