Tibb bacıları ruhi xəstələrə qarşı seksual zorakılıq edirmiş

Tibb bacıları ruhi xəstələrə qarşı seksual zorakılıq edirmiş
Ayova 2 tibb bacısına qarşı ittihamlar irəli sürülə bilər.

Sfera.az "People” nəşrinə istinadən xəbər verir ki, ruhi-əsəb dispənserində çalışan bu qızlar xəstələrlə cinsi əlaqədə olmaqda şübhəli bilinirlər.

26 yaşlı Meqan Meri Penni və 23 yaşlı Peyc Linn Yoxanninqmayer məhkəmə qarşısına çıxarılıblar.

Qeyd edilir ki, dispanserdən bir neçə xəstə yoxa çıxıb. Onlardan ikisini son dəfə bu tibb bacıları ilə görüblər.

Sonradan polis hər iki pasienti tapıb. Əgər məhkəmə tibb bacılarının cinayətini sübut edə bilsə, onları 5 il həbs cəzası gözləyəcək.
 
İlqar

OXŞAR XƏBƏRLƏR