Yeni nazir kim olacaq? - Versiyalar

Yeni nazir kim olacaq? -  Versiyalar

Eldar Mahmudovun ötən şənbə gözlənilmədən MTN-nin başçısı vəzifəsindən azad edildiyindən sonra bu vəzifə boş qalır. Prezidentin bu vəzifəyə yeni təyinatı barədə sərəncamın olmaması Mahmudovun işdən çıxarılmasının hansısa təcili səbəblərdən qaynaqlandığından xəbər verir.

Sfera.az  xəbər verir ki, “Azadlıq” qəzeti yazır ki, məlumatlı mənbələrdən bəlli olub ki, şənbə günü səhərdən Prezident Administrasiyasında hansısa həddindən çox mühüm məsələ müzakirə olunub və bütün güc qurumlarının rəhbərləri yarım gün ərzində burada olublar. Və ola bilər Mahmudovun taleyi burada həll olunub.

Qəzet yazır ki, bazar günü MTN-də qeyri-adi hadisələr baş verib: "Nazirliyə baş girişin darvazası tam açıq idi və burada digər dövlət qurumlarının avtomobilləri növbə çəkirdi. Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir neçə şəxs daim qapıda növbə çəkirdilər. Bütün bunlar içəridə yoxlama aparılmasının və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı. Hərçənd ki, Mahmudovun saxlanılması xəbərləri rəsmən təsdiqlənmədi, əksinə, təkzib olundu”.

Yeni nazirin kim olacağına gəldikdə qəzet bildirir ki, hələlik aşkar namizəd yoxdur: “Nəzərə alsaq ki, ölkə rəbərliyi Mahmudova etimadsızlıq göstərib, onun müavinlərindən heç kəs bu vəzifəyə layiq görülməyəcək. Kənardan namizədlər sırasından isə generallar Ramil Usubovun, Məhərrəm Əliyevin və Vahid Əliyevin adları çəkilir. Son ikisi prezidentin müşavirləri siyahısına daxildir, Usubov isə ölkə rəhbərliyinin ən etibarlı adamlarından biri olaraq qalır, böyük təcrübəyə, o sıradan aparat oyunları sahəsində və hakimiyyətin üst qatlarında vəziyyət barədə informasiyaya sahibdir. Amma peşəkarlıq baxımından onların heç biri MTN rəhbəri vəzifəsinə uyğun deyil, çünki kadr çekisti deyil. Hərçənd ki, V.Əliyev Naxçıvan MTN-nin bir müddət başçısı olub”.


OXŞAR XƏBƏRLƏR