Serj Sarkisyan Ermənistanın müdafiə naziri olacaq?

Serj Sarkisyan Ermənistanın müdafiə naziri olacaq?
Serj Sarkisyanin apreldən sonrakı taleyi hələ dəqiq bilinmir.

Sfera.az xəbər verir ki, bu haqda Ermənistanın "Past”  qəzeti yazıb.

Məqalə müəllifinin fikrincə, hakim Respublika partiyasının bütün üzvləri Serj Sarkisyanın 9 apreldən sonra  baş nazir  olacağından əmindirlər.
Ancaq qəzet yazır ki, bu məsələ sonacan həllini tapmayıb:

"Hakimiyyətin yuxarı eşalonunda təmsil olunan mənbəmizin məlumatına görə, variantlar çoxdur, Sarkisyan müdafiə naziri postuna da gətirilə bilər".
 
İlqar

OXŞAR XƏBƏRLƏR