"Kim gəlir-gəlsin, Türkiyə..." - Binəli Yıldırımdan ABŞ açıqlaması

Türkiyənin baş naziri Binəli Yıldırım Bakıya yola düşmədən öncə jurnalistlərin suallarını cavablandırıb.
 
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, baş nazir ABŞ-ın dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına münasibət bildirib. 
 
O, bu vəzifədə kimin olmağından asılı olmayaraq, ABŞ-Türkiyə münasibətlərinin eyni qalacağını açıqlayıb:
 
"ABŞ prezidentinin verdiyi qərarı bizim müzakirə etməyimiz gərəksizdir. Türkiyə-ABŞ əlaqələri şəxslərə bağlı deyil. Kim gəlir-gəlsin, Türkiyənin mövqeyi bəllidir".
 
Qeyd edək ki, martın 14-dən 19-dək Bakıda VI illik Qlobal forum keçiriləcək. Binəli Yıldırım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə həmin forumda iştirak edəcək. 

Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR