“Qarabağ”da istefa

“Qarabağ”da istefa
Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış Vyana "Qarabağ”ında baş məşqçi istefası gerçəkləşib.

Sfera.az bildirir ki, Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb.

Qeyd edək ki, "Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Avstriyaya yollanıb.

"Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır.(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR