Türkiyəni yasa boğan təyyarə qəzasında ilginc detal - 3 nəfər son anda vaz keçib

Türkiyəni yasa boğan təyyarə qəzasında ilginc detal - 3 nəfər son anda vaz keçib
Bildiyiniz kimi, bir neçə gün öncə "Başaran Holding"ə məxsus şəxsi təyyarə İranda qəzada uğradı və nəticədə 11 nəfər öldü. Onlardan 8-i holdinqin vəliahdı Mina Başaranın özünün "Subaylığa son gecəsi" partisinə dəvət etdiyi dostları idi. 
 
Sfera.az "Hürriyet"ə istinadən bildirir ki, Mina Başaranın təyyarədəkilərdən əlavə daha 3 nəfəri həmin gecəyə dəvət etdiyi üzə çıxıb.
 
Belə ki, Burcu Delibalta, Selen Somer və Sevgi Akyol da dəvətlilər arasında olub.

Ancaq Burcu Delibalta kiçik təyyarədə səyahət etmək istəmədiyi üçün, digər ikisi isə işlərini təxirə sala bilmədikləri səbəbilə son anda həmin təyyarəyə minməkdən vaz keçiblər. 
 
Deyilənə görə, qəza xəbərini eşidən Burcu Delibaltanın halı pisləşib və xəstəxanaya aparılıb.
 
Mina Başaranın atası da pərişandır. O, iynə-dərmanla ayaqda dura bilir. Mina ilə ailə qurmağa hazırlaşan Murat Gezer isə Başaran ailəsinin evində qalır. Ancaq o, otaqdan çıxmır və heç kimlə ünsiyyət qurmur.
 
Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR