Eldar Mahmudovun rəis əmisi oğlu işdən çıxarıldı? – YENİLƏNİB
Cəmiyyət
20:22 / 21.10.2015
1383
Sfera.az bildirir ki, polis İdarəsindən açıqlama gəldi.
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Oxu.Az-a Səbail Rayon Polis İdarəsindən bildiriblər.
İdarədən verilən məlumata görə, hazırda İ.Mahmudov işinin başındadır.
09:45
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib.
“Report”un məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Qeyd edək ki, İ.Mahmudov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.