ABŞ-ın yeni dövlət katibi haqda maraqlı faktlar - Mayk Pompeo kimdir?

ABŞ-ın yeni dövlət katibi haqda maraqlı faktlar - Mayk Pompeo kimdir?
Xəbər verdiyimiz kimi ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən uzaqlaşdırıb. Reks Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo əvəz edəcək. 

Sfera.az xarici mətbuata istinadən ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo haqda maraqlı məlumatları təqdim edir:

*54 yaşlı Mayk Pompeo İran və Şimali Koreyaya qarşı kəskin mövqeyi ilə seçilir. 

*Pompeo ABŞ-da 2016-cı ildə baş tutan seçkilərə Rusiyanın müdaxilə etdiyi ilə bağlı iddiaları əsassız sayır. O,  Rusiyanın illərdir seçkilərə müdaxilə etmək arzusunda olduğuna ancaq buna nail ola bilmədiyinə inanır.  

* Pompeo ilə Trampın ortaq nöqtələrindən biri də İranla bağlıdır.  Belə ki, Tamp kimi  Pompeo da 2015-ci ildə imzalanan nüvə müqaviləsinin ləğv edilməli olduğunu düşünür. Onun fikrincə, bu müqavilə İranın bölgədə hegemonluq etməsinə şərait yaradır. 

 

 

* Pompeo ABŞ hökumətinin vətəndaşların bütün şəxsi bilgilərini toplamasının tərəfdarıdır. 

*Mayk Pompeo Trampın prezidentliyi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə gətirilib. 

* Pompeo "West Point" Hərbi Akademiyası ilə yanaşı, Harvard Universitetinin Hüquq fakultəsini də bitirib. 

Lalə Nəsirova


OXŞAR XƏBƏRLƏR