48 nəfər soyuqdan dünyasını dəyişdi – SİBİR SOYUĞU GƏLİR
Dünya
18:34 / 13.03.2018
3298
Avropanı bürüyən Sibir soyuğu 48 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə hava temperaturu -20 dərəcəyədək düşüb. Hava şəraitinin kəskin dəyişməsi Belçika və İsveçrəyə ilin ən soyuq qış gecəsini yaşadıb.
Polşada 18, Çexiyada 6, Latviyada 5, Slovakiya və Fransada 4 nəfər, italiya, Serbiya, Rumıniya, Sloveniyada isə 2 nəfər dünyasını dəyişib. Dünyasını dəyişənlər arasında bomjlar çoxluq təşkil edir.
Qarın yağması temperaturun daha da aşağı düşməsinə səbəb olub. Təkcə Xorvatiyada yağan qarın qalınlığı 182 santimetrə çatıb.
Sfera.az