Azərbaycanlı oliqarx və ərəb şeyxinin "Ferrari" yarışı - VİDEO
Cəmiyyət
06:37 / 20.10.2015
1548
Bir neçə həftə əvvəl ABŞ-ın Los-Anceles ştatının Beverli Hillz kurort şəhərinin küçələrində "Ferrari” ilə avtoxuliqanlıq edən Qətər şeyxinin azərbaycanlı oliqarxla əlaqələri üzə çıxıb.
Sfera.az-n Virtualaz.org-a istinadla verdiyi məlumata görə, Qətər şeyxi Hamad ben Xalid əl-Taninin Beverli-Hillz küçələrində sarı rəngli "Ferrari” ilə şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozması və daha sonra tələsik ABŞ-ı tərk etməsi barədə yazmışdıq.
Həmin insidentdən sonra polis şeyxdən ifadə almaq istəyib. Amma əl-Tani diplomatik immunitetinin olduğunu deyərək ifadə verməyib və daha sonra ABŞ-ı tərk edib. Ancaq şeyx ABŞ-ı tərk edəndən sonra Dövlət Departamenti bildirib ki, onun diplomatik immuniteti olmayıb.
"The Daily Beast” yazır ki, bu pleyboy ərəb şeyxi sürət avtomobillərinin həvəskarıdır və Beverli Hillz onun sevimli istirahət məkanıdır. O, polis əməkdaşları ilə söhbətində guya Beverli Hillzdə şəxsi qran-pri yarışını keçirməyə hazırlaşdığını və bu məqsədlə "Ferrari”ni sınaqdan keçirdiyini deyib.
Əslində isə məlum olub ki, yüksək sürət xəstəsi olan şeyxin məqsədi Beverli Hillzdə istirahət etmək idi. Həmçinin üzə çıxıb ki, şeyx sentyabr ayından Kaliforniyada dəbdəbəli həyat yaşayırmış və ayı 55 min dollar kirayə götürdüyü malikanədə qalırmış.
Polisin məlumatına görə, şeyx Hamad sentyabrın 12-də ABŞ-da qeydiyyata alınmayan sarı rəngli "Ferrari LaFerrari” avtomobilinin sükanı arxasında olub, onun arxasınca "Porshce” şütüyüb. Şeyx yarım saatdan çox Beverli Hillz küçələrində şütüyüb, yarışa baxan sakinlərdən birini az qala vurub və maşının motoru tüstülüyəndə qaldığı malikanəyə geri qayıdıb.
Əl-Tanini izləyən mənbə deyib ki, onun qardaşı da bir neç milyon dollar dəyəri olan ağ "LaFerrari” ilə Los-Ancelesdə olub.
Sürət yarışından sonra şeyx və ailəsi "Beverly Wilshire Hotel” otelində və dəyəri 10 milyon dollar olan "Walden Drive” malikanəsində gizləniblər. Şeyx ailəsi həmin malikanəni bütün sentyabr ayı üçün 55 min dollara kirayələyibmiş.
Malikanəni isə daşınmaz əmlak reyestrində yer alan məlumata əsasən ötən ilin dekabrında İran əsilli azərbaycanlı biznesmen, Azərbaycanda geniş biznes fəaliyyəti ilə məşğul olan Əhədpur Xangah alıb.
Əhədpur Xangahın Amerika ordusunu ərzaqla təchiz etməyə dair müqaviləsi də var. Biznesmen Azərbaycan və İran vətəndaşlığına malikdir. Ə.Xangahın Kaliforniyadakı malikanəsini şeyx gecəsi 2250 dollardan olmaqla kirayələyib. Malikanə nadir arxitektura üslubunda tikilib, 5 böyük otağı, həyətində hovuzu, xüsusi şərab anbarı var. Lakin əl-Tani avtoxuliqanlıqdan sonra ABŞ-dan qaçmalı olduğundan onun malikanə üçün əvvəlcədən ödədiyi depozit də batıb.
Sfera.az
BAKU.WS