Senator: “ABŞ Şimali Koreya ilə müharibəyə hazır olmalıdır”

Senator: “ABŞ Şimali Koreya ilə müharibəyə hazır olmalıdır”
"Şimali Koreya atom arsenalından imtina etmək niyyətində deyil. Ona görə onlara etibar etmək olmaz".

Sfera.az xəbər verir ki, bu sözləri "The Washington Examiner” nəşrinə republikaçı-senator Tom Kotton deyib.

Donald Trampın Kim Çen İnlə görüşə hazır olduğunu deməsindən təəcüblənən senator əlavə edib ki, ABŞ daha aktiv addımlar atmalı, lazım gəlsə, Şimali Koreya ilə müharibəyə hazırlaşmalıdır.

O hesab edir ki, Pxenyana qarşı diplomatik və iqtisadi təzyiqlər davam etməlidir. Ancaq müharibə variantı istisna edilməməlidir.
Senator Çinin yardımına da şübhə edir:

"Çin uzun illərdir deyir ki, Koreya yarmadasının  atom silahından təmizlənməsini istəyir. Ancaq onlar bizə yalan danışırlar. Görünür bunda maraqlı deyillər”.
 
Kotton deyib ki, son 3 ABŞ administrasiyasının səyləri nəticə verməyib:

"İndi Kim Çen İn danışıqlar masasına oturmaq istəyir. Olsun. Ancaq Biz həm Şimali Koreya, həm də Çinə göstərməliyik ki, konkret addım ata bilərik, müharibəyə hazırıq.”
 
İlqar

OXŞAR XƏBƏRLƏR