Deputatlar arasında kütləvi dava - VİDEO

Deputatlar arasında kütləvi dava - VİDEO
Türkiyə Böyük Millət Məclisində deputatlar arasında kütləvi dava olub.
 
Sfera.az "NTV"yə istinadən bildirir ki, Milli Məclisdə seçki ittifaqının qanuniləşdirilməsinin müzakirəsi zamanı yaranan mübahisə kütləvi davaya çevrilib.
 
Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan deputatlar bir-birlərini yumruqlamağa çalışıblar.

Baş verənlərdən sonra CHP-nin İzmirdən olan deputatı Musa Çam cəzalandırılıb. Onun məclisin üç iclasına buraxılmaması barədə qərar çıxarılıb.

Türkiyə Böyük Millət Məclisində belə kütləvi davalar tez-tez baş verir.
 
Lalə Nəsirova

=

OXŞAR XƏBƏRLƏR